İspaniya La Liqasının 29-cu turunda "Barselona" "Rayo Valyekano"nu qəbul edib.
"Unikal" xəbər verir ki, "Kamp Nou" stadionunda keçirilən görüş 1:0 hesabı ilə katalonların qələbəsi ilə başa çatıb.
Görüşdə yeganə qolu 34-cü dəqiqədə Araujo vurub.
Bu nəticədən sonra "Barselona" 73 xalla turnir cədvəlində liderliyini davam etdirir. "Rayo Valyekano" 32 xalla 14-cü yerdədir.