RU

Müharibə pul tələb edir: İran Hörmüz boğazından keçid üçün 2 milyon dollar tələb edir...

Tehran boğazda “yeni suveren rejim” tətbiq etdiyini bildirərək bəzi gəmilərdən yüksək tranzit haqqı yığmağa başladığını bəyan edir...

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əlaəddin Borucerdi Hörmüz boğazından keçən bəzi gəmilərdən 2 milyon dollar məbləğində ödəniş tələb olunduğunu açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə Iran International Agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, bu mexanizm artıq tətbiq olunmağa başlayıb və İranın boğaz üzərində nəzarətini gücləndirən yeni yanaşmanın tərkib hissəsidir. Deputat qeyd edib ki, sözügedən addım “yeni suveren rejim” çərçivəsində həyata keçirilir və ölkənin maraqlarının qorunmasına yönəlib.

Əlaəddin Borucerdi bildirib ki, mövcud geosiyasi vəziyyət və hərbi gərginlik fonunda maliyyə resurslarına ehtiyac artıb. “Müharibə pul tələb edir, buna görə də biz təbii olaraq bu addımı atmalı və Hörmüz boğazından keçən gəmilərdən ödəniş almalıyıq”, deyə o vurğulayıb.

Ekspertlərin fikrincə, belə bir qərar qlobal enerji bazarına və beynəlxalq dəniz ticarətinə ciddi təsir göstərə bilər. Hörmüz boğazı dünya neft daşımalarının mühüm hissəsinin həyata keçirildiyi strateji marşrut hesab olunur və burada tətbiq edilən hər hansı məhdudiyyət və ya əlavə maliyyə yükü enerji qiymətlərində dalğalanmalara səbəb ola bilər.

Beynəlxalq hüquq müstəvisində isə bu cür ödənişlərin tətbiqi mübahisəli hesab olunur. Bir sıra analitiklər bildirirlər ki, Hörmüz boğazı beynəlxalq sulara aid olduğundan, tranzit keçid azadlığı prinsipi qüvvədə qalmalıdır və əlavə rüsumların tətbiqi gərginliyi daha da artıra bilər.

Poliqon.info

Избранный
41
poliqon.info

1Источники