RU

İran və “Hizbullah” İsrailə hücumları genişləndirdi

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

İran və “Hizbullah” qruplaşması İsrailə qarşı hücumları genişləndirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

İsrailə hücumların intensivləşdiyi bir vaxtda, ölkənin yüksək vəzifəli rəsmiləri, həmçinin Baş nazir Benyamin Netanyahu ölkənin cənubundakı Arada – ötən gün İran hücumuna məruz qalan şəhərə səfər ediblər.

Netanyahu dağıntılara baxış keçirib və bu hücum zamanı insan tələfatı olmamasını “möcüzə” adlandırıb.

O, həmçinin İsrail və ABŞ-ın müharibə məqsədlərinə nail olmağa yaxın olduğunu iddia edib və beynəlxalq ictimaiyyəti daha çox dəstək verməyə çağırıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Tehrana 48 saat vaxt verərək, Hörmüz boğazını tam açmayacağı təqdirdə İranın enerji obyektlərini məhv edəcəyi ilə bağlı xəbərdarlıq edib. İran parlamentinin spikeri isə bildirib ki, ABŞ bu təhdidi həyata keçirərsə, Tehran regionda ABŞ və İsrailə məxsus enerji və digər infrastruktur obyektlərinə cavab zərbələri endirəcək. Həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da Hörmüzü tamamilə bağlayacağı barədə xəbərdarlıq edib.

Aysel Əliyeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
54
globalinfo.az

1Источники