BAKI, 22 mart. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələri Tehrana qarşı daha bir genişmiqyaslı zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrailin məlumatına görə, zenit raketlərinin saxlanıldığı təlim personalı üçün istifadə edilən bazaya hücum edilib.
"Silahların istehsal edildiyi və saxlanıldığı obyektlər, SEPAH-a məxsus silah zavodu da vurulub. Ölkənin Kəşfiyyat Nazirliyinin və Daxili Təhlükəsizlik Qüvvələrinin qərargahı da İsrailin hava hücumlarına məruz qalıb" - məlumatda qeyd olunur.