RU

Qazan və tavaları heç vaxt üst üstə qoymayın

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bir çox insan qab-qacağı yanlış saxlayır və bununla onların istifadə müddətini qısaltdığını fərq etmir. Köçürmə üzrə ekspert Kris Taunsend xəbərdarlıq edir ki, qabları şkafda üst-üstə yığmaq ən çox rast gəlinən və eyni zamanda ən zərərli səhvlərdən biridir.

Lent.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, belə saxlanma zamanı qablar arasında davamlı sürtünmə yaranır. Bu isə xüsusilə tavaların daxili səthini tədricən zədələyir. Ən çox zərər görən isə yapışmayan (antipriqar) örtükdür. Bir tavanın alt hissəsi digərinin iç səthinə toxunduqda zamanla cızıqlar və çatlar əmələ gəlir.

Zədələnmiş yapışmayan örtük yalnız yeməyin hazırlanmasını çətinləşdirmir, həm də potensial təhlükə yarada bilər. Çox vaxt insanlar bunun sadəcə “köhnəlmə” olduğunu düşünür, halbuki əsas səbəb yanlış saxlanmadır.

Problem yalnız tavalarla məhdudlaşmır. Ağır qazanlar xüsusilə çuqun və ya paslanmayan poladdan olanlar üst-üstə qoyulduqda alt qab deformasiyaya uğraya bilər. Nəticədə tava ocaqda düz dayanmaz və istilik bərabər paylanmaz. Hətta emallı çuqun qablar da davamlı sürtünmə nəticəsində çatlaya bilər və bu çatlar sonradan paslanmaya səbəb ola bilər.

Ekspert alternativ saxlama üsullarını tövsiyə edir. Əgər mümkündürsə, qabları yan-yana yerləşdirmək daha düzgündür. Divara və ya tavana quraşdırılan asılqanlar həm yerə qənaət edir, həm də qabları qoruyur. Şkaf daxilində şaquli bölücülər və organizerlər tavaları ayrı-ayrılıqda saxlamağa kömək edir. Əgər üst-üstə yığmaqdan qaçmaq mümkün deyilsə, aralarına keçə və ya silikon altlıqlar qoymaq məsləhətdir. Bu, sürtünməni azaldır və cızıqların yaranma riskini minimuma endirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
33
lent.az

1Источники