RU

Roza Zərgərli Almatıda bir gündə iki dəfə pərəstişkarlarını bir araya topladı (FOTO)

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

21 mart tarixində Azərbaycan estradasının ulduzu Roza Zərgərli Qazaxıstanın Almatı şəhərində yerləşən "Astana" meydanında yerli pərəstişkarları ilə iki dəfə sıx ünsiyyətdə olub. 

Bu barədə Qaynarinfo Qazaxıstanın "Zakon.kz" saytına istinadla xəbər yayır.

İlk olaraq Almatı sakinləri və şəhərin qonaqları müğənni ilə onun gündüz saatlarında keçirilən saundçek məşqi zamanı görüşüblər. Pərəstişkarlar məşqin başlanacağını sənətçinin "Instagram" hekayələrindən öyrəniblər, təsadüfi izləyicilər isə tanış səs və məşhur "İstədim" mahnısının sədaları ilə əraziyə toplaşıblar.

Beləliklə, Qazax-Britaniya Texniki Universitetinin qarşısındakı məkan qısa müddətdə insanlarla dolub. Müğənninin özünün də qeyd etdiyi kimi, o, səhnəyə iş geyimində çıxsa da, yaranan atmosfer tam bir konserti xatırladıb. Tamaşaçılar mahnılara qoşulub, baş verənləri telefonları ilə lentə alıb və alqışlarla sənətçiyə dəstək göstəriblər. Bir çoxu hətta saundçek formatında belə canlı ifanı görəcəklərini gözləmədiklərini bildirib.

Roza Zərgərlinin səmimi münasibəti yalnız sosial şəbəkələrdə deyil, real həyatda da özünü göstərib. O, pərəstişkarlarının isti qarşılığını cavabsız qoymayaraq, bir məqamda səhnədən enib, onlarla ünsiyyət qurub və xatirə şəkilləri çəkdirmək üçün vaxt ayırıb.

Müğənninin bayram çıxışı isə axşam saatlarında baş tutub. Səhnə tərtibatı və tamaşaçıların çoxluğu möhtəşəm şou ab-havası yaradıb. Roza Zərgərli tədbirin rəsmi videosunu "Instagram" səhifəsində paylaşıb. Videoda onun səhnədə və tamaşaçılar arasında pərəstişkarları ilə sıx ünsiyyəti əks olunub.

Müğənni paylaşımını qazax dilində edərək Qazaxıstan xalqını Novruz bayramı münasibətilə təbrik edib və Almatıya göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Roza Zərgərlinin Qazaxıstana növbəti səfərinin bu ilin may ayında baş tutacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
101
qaynarinfo.az

1Источники