RU

İsrail “Hizbullah” komandanını zərərsizləşdirdi

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində “Hizbullah”ın elit “Radvan” bölməsinin yüksək rütbəli komandirini məhv edib.

“Qafqazinfo” xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin Məcdal Selm bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində “Radvan”ın xüsusi təyinatlı qüvvələrinin komandiri Əbu Xəlil Bərci öldürülüb.

IDF-in rəsmi nümayəndəsinin sözlərinə görə, hücum zamanı komandirlə yanaşı daha iki qruplaşma üzvü də zərərsizləşdirilib. Məlumata görə, Əbu Xəlil Bərci uzun illər “Radvan” bölməsində müxtəlif vəzifələrdə çalışıb və bu yaxınlarda xüsusi əməliyyatlara rəhbərlik edən komandir təyin edilib. İsrail tərəfi bu addımı ölkənin şimal sərhədlərində təhlükəsizliyin təmin edilməsi strategiyasının bir hissəsi kimi qiymətləndirib.

Xatırladaq ki, martın 16-da İsrailin müdafiə naziri İsrael Katz Livanın cənubundakı vəziyyət tam stabilləşənə qədər hərbi əməliyyatların davam edəcəyini bəyan etmişdi. Son günlərdə İsrail ordusu Beyrutun cənubunda, xüsusən də “Hizbullah”ın qalası hesab edilən Dahiya məhəlləsində qruplaşmanın kəşfiyyat və komandanlıq mərkəzləri daxil olmaqla 10-dan çox strateji hədəfə sarsıdıcı zərbələr endirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
86
3
qafqazinfo.az

4Источники