RU

Mikels Nasimovun rekordunu təkrarladı

"Sabah"ın futbolçusu Coy-Lens Mikels Misli premyer-liqasının 2025/26 mövsümündə 15-ci qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, o, 25-ci turun “Sumqayıt”la ev oyununda (3:1) fərqlənib.

Almaniyalı hücumçu 2-ci dəfə premyer-liqada ən azı 15 qol səddinə çatır. O, 2022/23 mövsümündə 17 qola sevinib.

Mikels Azərbaycan çempionatları tarixində 2 fərqli mövsümdə 15 və ya daha çox qol vuran ikinci legioner olub. Onadək yalnız Bahodir Nasimov bunu bacarıb. Özbəkistanlı forvard “Neftçi”nin heyətində 2010/11 mövsümündə 15, növbəti çempionatda 16 dəfə fərqlənib.

Избранный
107
9
football-plus.az

10Источники