Niderland Erediviziyasında 28-ci turun oyunları keçirilib.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin vingeri Ozancan Kökçünün çıxış etdiyi "Volendam" səfərdə "Sparta" nın qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü matça start heyətdə başlayıb və 60-cı dəqiqədə əvəzlənib.
21 mart
"Sparta" - "Volendam" - 2:0
Qollar: Ş.Mito, 14, T.Lauritsen, 33
Qeyd edək ki, bu nəticədən sonra "Sparta" 41 xalla turnir cədvəlinin 8-ci, "Volendam" isə 27 xalla 14-cü sırada qərarlaşıb.