RU

Paşinyan Qarabağ köçkünü ilə mübahisə etdi: Qaçmazdınız, mən günahkaram? VİDEO

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün İrəvan metrosunda seçki təbliğatı apararkən Qarabağdan köçmüş bir qadınla mübahisə edib.Demokrat.az SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, qarşılaşdığı hər kəs kimi həmin qadına da Ermənistanın xəritəsini əks etdirən döş nişanı bağışlamaq istəyən Paşinyan gözlənilməz reaksiya ilə qarşılaşıb.Paşinyan onu ermənilərin Qarabağdan köçürülməsinin qarşısını almamaqda ittiham edən qadına belə cavab verib:"Niyə unudursunuz ki, biz sizin Qarabağda yaşamağınız üçün hər şeyi etdik. Sizin kimiləri məni 2023-cü ildə insanların Qarabağdan Ermənistana getməməsi üçün sərhədləri bağlamaqda günahlandırırdınız. Unutmusunuz? İndi də durub deyirsiniz ki, ermənilər Qarabağdan niyə köçüb? Biz Ermənistan vətəndaşlarının milyardlarla vəsaitini sizə xərcləyirdik ki, orada qala biləsiniz. Bəs niyə qalmadınız? Niyə qaçıb gəldiniz? Qarabağdan qaçan siz, Qarabağı təslim edən mən? Bu nə məntiqdir?".Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
142
demokrat.az

1Источники