RU

ABŞ İranı təslimiyyət masasında oturdur: İranın kapitulyasiyası üçün 6 şərt

Tramp administrasiyası İranla mümkün sülh danışıqları üçün çərçivəni müəyyənləşdirməyə başlayıb.

AzNews.az Axios-a istinadən xəbər verir ki, ABŞ-ın İranın qarşısına altı şərt qoyub.

Diplomatik kanallardan sızan məlumatlara görə, rəsmi Vaşinqton İrandan aşağıdakı başlıqlar altında altı şərti yerinə yetirməsini gözləyir.

  • Raket proqramı beş il müddətinə dondurulacaq.
  • Uran zənginləşdirilməsinin tamamilə dayandırılacaq.
  • Nətənz, İsfahan və Fordodakı nüvə obyektlərinin istismardan çıxarılacaq.
  • Sentrifuqaların və əlaqəli avadanlıqların istehsalı və istifadəsi üçün ciddi beynəlxalq nəzarət tətbiq ediləcək.
  • Raket tutumu 1000 ədədlər məhdudlaşdırılacaq və regional ölkələrlə silah nəzarəti razılaşmaları əldə ediləcək.
  • Hizbullah, Husilər və Həmas kimi proksi qüvvələrə heç bir maliyyə yardımı göstərilməyəcək.

İranın keçmişdə bu tələblərin bəzilərini rədd etdiyi məlumdur. Eyni zamanda, hazırda Tehran administrasiyası ABŞ ilə danışıqların etibarlılığına şübhə ilə yanaşır. İranın xarici işlər naziri Abbas Əraqçi hindistanlı həmkarı ilə görüşdə bildirib ki, Hörmüz boğazında normallaşmanın baş verməsi üçün ABŞ və İsrail hücumları dayandırmalı və onların təkrarlanmayacağına dair zəmanət verməlidir.

Məlumata görə, Tramp atəşkəs danışıqlarına tamamilə qarşı olmadığını, lakin bu mərhələdə İranın tələblərinin yerinə yetirilməsində maraq göstərmədiyini bildirib. ABŞ rəsmisi Trampın İranın kompensasiya tələbini "qəti şəkildə qəbuledilməz" hesab etdiyini bildirib .

Digər tərəfdən, Vaşinqtonda dondurulmuş İran aktivlərinin qaytarılması ilə bağlı danışıqlar üçün məhdud imkanların ola biləcəyinə inanılır.

Избранный
37
aznews.az

1Источники