RU

Netanyahu Avropa ölkələrini İrana qarşı müharibəyə qoşulmağa çağırdı

İsrailin baş naziri Benjamin Netanyahu Avropa ölkələrinə müraciət edərək onları İrana qarşı müharibəyə qoşulmağa çağırıb.

 

Ynet-in verdiyi məlumata görə, Netanyahu bildirib: “İran tərəfi Dieqo Qarsiya bazasına qitələrarası ballistik raket atıblar, Avropanın dərinliklərinə çatmaq imkanları var. Digər ölkələrin liderləri də müharibəyə qoşulmalıdır.”

 

O həmçinin bəzi ölkələrin müharibəyə qoşulmaq istiqamətində addımlar atdığını iddia edib, lakin həmin ölkələrin adlarını açıqlamayıb.

 

APA

Tarix: 22 Mart 2026, 15:55   
Избранный
82
10
pravda.az

10Источники