RU

Səudiyyə Ərəbistanı  İran diplomatlarını ölkədən qovur

Səudiyyə Ərəbistanı Ər-Riyaddakı İran səfirliyinin hərbi attaşesini, onun müavinini və digər üç diplomatı “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edib və onlardan 24 saat ərzində ölkəni tərk etmələrini tələb edib.

Vətəninfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, bu qərar “İranın Səudiyyə Ərəbistanına, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrinə, bir sıra ərəb və İslam dövlətlərinə qarşı açıq hücumlarına” cavab olaraq verilib.

Ər-Riyad bu cür addımların davam etdirilməsinin daha da gərginləşməsinə səbəb olacağını və iki ölkə arasında mövcud və gələcək münasibətlərə ciddi təsir göstərəcəyini vurğulayıb.

Избранный
57
veteninfo.az

1Источники