RU

İran İsrailin cənubunu vurdu Onlarla yaralı var+Video

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

İranın İsrailin cənub şəhərlərinə endirdiyi raket zərbələri nəticəsində mülki əhali arasında çoxsaylı itki və dağıntılar qeydə alınıb.

“Qafqazinfo” “Independent Persian”a istinadla xəbər verir ki, Arad və Dimona şəhərləri Tehranın intensiv raket hücumuna məruz qalıb.

Xilasetmə qüvvələrinin son məlumatına görə, Aradda 84 nəfər yaralanıb ki, onlardan 10-nun vəziyyəti son dərəcə ağırdır. Strateji əhəmiyyətli Dimona şəhərində isə daha 33 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

Hadisə yerindən yayılan ilkin görüntülərdə yaşayış binalarının ciddi zərər gördüyü, yanğınların baş verdiyi və mülki infrastrukturun dağıldığı müşahidə olunur. İsrail ordusunun HHM sistemləri raketlərin bir hissəsini zərərsizləşdirsə də, bəzi başlıqların yaşayış massivlərinə düşməsi böyük fəsadlara yol açıb. Hazırda dağıntılar altında qalan insanların çıxarılması üçün genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Xatırladaq ki, Arad və Dimona bölgəsi İsrailin nüvə tədqiqat mərkəzi və digər strateji obyektlərinin yerləşdiyi zona kimi tanınır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
2
qafqazinfo.az

4Источники