RU

Qax sakininin meyiti vanna otağında aşkarlanıb

Qax şəhərində 54 yaşlı kişinin meyiti yaşadığı evin vanna otağında aşkarlanıb.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub, hüquq-mühafizə orqanlarının nümayəndələri hadisə yerində ilkin təhqiqat aparıb. Şəhər sakini, 1972-ci il təvəllüdlü Elxan Cəfərovun meyiti yaşadığı mənzilin vanna otağında ailə üzvləri tərəfindən tapılıb. Meyiti tapılan sakininin vanna otağında dəm qazından zəhərləndiyi, yaxud yıxılaraq ölməsi aparılan araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

Избранный
61
2
yeniazerbaycan.com

3Источники