RU

Millimiz beynəlxalq turnirdə ÇEMPİON OLUB

Almaniyanın Bremen şəhərində cüdo üzrə Beynəlxalq Masters Turniri start götürüb.

Apasport.az xəbər verir ki, yarışın ilk günündə U-18 yaş kateqoriyasında qaliblər və mükafatçılar müəyyənləşib.

Yeniyetmə oğlanlardan ibarət yığmamız möhtəşəm çıxışı ilə yadda qalıb.

Rza Xəlilli (-50 kq), Məhəmmədəli Hüsiyev (-60 kq), Ayxan Həsənli (-81 kq) və Ömər Axundov (-90 kq) qızıl medal qazanıb. Fərid Xudiyev (-55 kq), Mehman Əsgərov (-60 kq) və Polad Həsənli (-81 kq) gümüş mükafata layiq görülüb. Nihad Ağayev (-50 kq), Devid Mahmudov (-55 kq), Mikayıl Qocayev (-60 kq), Elgün Səfərov (-66 kq), Sadiq Məmmədov (-73 kq), Yaqub Məmmədov (-81 kq), Nurəddin Əliyev (-90 kq) və Tamerlan Əliyev (+90 kq) isə bürünc medal əldə edib.

Yekunda 4 qızıl, 3 gümüş və 8 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında birinci yeri tutub.

Qeyd edək ki, sabah turnirdə U-21 yaş kateqoriyasında görüşlər keçiriləcək. Yarışda ümumilikdə 30 ölkədən 839 idmançı iştirak edir.

Kəmər dərəcələri üzrə imtahan təşkil edib

Azərbaycan Cüdo Federasiyası tərəfindən 25 klub və idman təşkilatına lisenziya təqdim edilib

Cüdoçularımız Türingiya Kubokunda çıxış edəcək

Tbilisi Böyük Dəbilqəsinə 11 cüdoçumuz yollanacaq

Azərbaycan cüdo üzrə Avropa Kubokuna ev sahibliyi edəcək - DÖRDÜNCÜ DƏFƏ

Избранный
120
3
apasport.az

5Источники