Azərbaycanın futzal üzrə milli komandası Bakıda təlim-məşq toplanışına start verir.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti yayıb.
Martın 23-dən 26-dək davam edəcək hazırlıqlara baş məşqçi tərəfindən 18 futzalçı cəlb olunub. Heyətdə "Baku Fire" klubunun oyunçularının çoxluq təşkil etməsi diqqət çəkir:
Qapıçılar: Rövşən Hüseynli ("Araz-Naxçıvan"), Cavad Məmmədov ("Baku Fire");
Oyunçular: Tofiq Əliyev, Nihad İsmayılov, Emil Həsənzadə (hamısı Neftchi İK), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi "Araz-Naxçıvan"), Eldar Zeynalov, Tofiq Mikayılov, Oktay Rüstəmli, Fərid Abbasov, Kənan Manafov, Novruz Kazıxanov, Nurlan Məmmədov, Murad Quluzadə, Məhəmməd Abbasov, Həsənəli Rəhimov (hamısı "Baku Fire"), Pünhan Qasımov (U-19).