RU

"Liverpul"da uğursuz nəticə - 10 ildən sonra ilk dəfə

“Liverpul” İngiltərə Premyer Liqasının 31-ci turunda “Brayton” 2:1 hesabı ilə məğlub olub.

Sportal.az “Squawka” portalına istinadən xəbər verir ki, bu, "qırmızılar"ın 2015/2016 mövsümündən bəri ilk dəfə İngiltərə Premyer Liqasında 10 oyunda məğlub olması kimi yadda qalıb.

Bu mövsüm Mersisayd təmsilçisi "Kristal Palas"a (1:2), "Çelsi"yə (1:2), "Mançester Yunayted"ə (1:2), "Brentford"a (2:3), "Mançester Siti"yə (0:3, 1:2), "Nottingem Forest"ə (0:3), "Bornmut"a (2:3), “Vulverhempton”ə (1:2) və "Nyukasl”a məğlub olublar. 

“Liverpul” növbəti oyununu aprelin 11-də "Fulhem"ə qarşı keçirəcək.

Bundan əlavə, "qırmızılar" bu mövsüm Premyer Liqada əvvəlki iki mövsümün ümumi sayından (8) daha çox məğlubiyyət alıb. "Liverpul" hazırda İngiltərə Premyer Liqasında 49 xalla 5-ci pillədədir. 

saytlarin hazirlanmasi

Избранный
91
1
sportal.az

4Источники