RU

Yeni qərar minlərlə insanı sevindirəcək: Çoxuşaqlı ailə sayı bu qədər ola bilər

ain.az bildirir, Dogru.az saytına əsaslanaraq.

Dünya üzrə çoxuşaqlı ailə anlayışı ölkədən ölkəyə fərqlənir. Bir çox ölkədə 3 və daha çox uşağı olan ailələr çoxuşaqlı hesab olunur. Azərbaycanda isə rəsmi olaraq 5 və daha çox uşaqlı ailələr bu kateqoriyaya aid edilir, lakin sosial müavinət və digər güzəştlərdən yararlanmaq üçün ailədə ən azı 6 uşaq olmalıdır.

Bəs niyə çoxuşaqlı ailə meyarı 4 uşağa endirilmir və 4 uşaqlı ailələr müavinət ala bilmir?

Doğru.az xəbər verir ki, Globalinfo.az-a danışan sosioloq Mail Yaqubun fikrincə, Azərbaycanda bu meyar nəinki 4, hətta 3 uşağa qədər endirilməlidir:

“Çünki statistika göstərir ki, hazırda Azərbaycanda hər ana başına orta hesabla 1.6 uşaq düşür. Bu rəqəm hətta 2-yə də çatmır. Ona görə də artım tempi ciddi şəkildə azalıb. Təklif edirəm ki, dövlət çoxuşaqlı ailə meyarını 3 uşağa endirsin və bu ailələrə xüsusi diqqət ayırsın. Yəni 3 uşaqlı ailələrə dəstək göstərilsin ki, artım tempi yaransın”.

Sosioloq hesab edir ki, Azərbaycanda çoxuşaqlılığı artırmaq üçün bu addım vacibdir:

“Dövlət mütləq bu istiqamətdə qərar verməlidir. Yəni 3 uşağı olan çoxuşaqlı ailə hesab olunmalıdır. Əks halda, qarşıdakı 20-30 il ərzində ölkədə əhali sayında ciddi azalma müşahidə olunacaq”.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
53
3
dogru.az

4Источники