RU

Novruz yoxsa diskoteka?

Novruz

İlhamə VəliqızıUlusum.azMilli Novruz disko ruhunda! Dünən 21 mart Novruz bayramı münasibətilə İçərişəhərdə keçirilən bayram tədbirdə iştirak etdim və təəssüf ki, gördüklərim məni düşündürdü. Novruz kimi dərin köklərə malik milli bayramın ruhuna uyğun olmayan bir atmosferlə qarşılaşdım. Ənənəvi musiqilər, milli rəqslər və folklor elementləri əvəzinə, əsasən diskoteka tipli musiqilər səsləndirilirdi. Bu isə bayramın mahiyyətinə kölgə salırdı. Axı Novruz sadəcə əyləncə deyil, o, xalqın tarixi yaddaşı, mədəni kimliyidir. Belə bir gündə milli dəyərlər ön planda olmalıdır. Təəssüf ki, tədbirdə bu dəyərlərin yetərincə qorunmadığını gördüm. Ətrafda çoxlu turistlər də var idi və onların bu bayramdan nə anladıqları sual doğurur. Onlar Azərbaycan mədəniyyətini tanımaq üçün gəlmişkən, qarşılarında qlobal diskoteka formatı ilə üzləşirlər. Bu isə milli imicimizə zərbə vurur. Hər bir xalq öz bayramında özünü təqdim etməyi bacarmalıdır. Məsələn, başqa ölkələrdə milli festivallar zamanı ənənəvi musiqilər və geyimlər əsas yer tutur. Biz isə öz bayramımızda belə bu prinsiplərə əməl etmirik. Niyə biz öz milli kimliyimizi geri plana atırıq? Niyə milli musiqilərimiz kifayət qədər səsləndirilmir? Bu suallar cavabsız qalır. Halbuki bu günlər milli ruhu yaşatmaq üçün ən uyğun zamanlardır. Ən azından bayram günlərində milli olmağa özümüzü borclu bilməliyik. Gələcək nəsillərə ötürəcəyimiz mədəni miras məhz bu cür tədbirlərdə formalaşır. Əgər biz öz dəyərlərimizi qorumasaq, kim qoruyacaq? Novruz bayramı sadəcə təqvimdə qeyd olunan gün deyil, o, milli kimliyimizin simvoludur. Ona görə də bu kimi tədbirlərdə daha məsuliyyətli və düşünülmüş yanaşma sərgilənməlidir.Вы отправили

Diqqət Çəkənlər

Başqırdıstanda PUA hücumu: Ufa yaxınlığında insident VİDEO

Ufa dron hücumuna məruz qaldı VİDEO

Qəfil ayağa qalxanda başınız niyə gicəllənir? - Təhlükəli səbəblər açıqlandı

Избранный
113
ulusum.az

1Источники