RU

Yerdən 38 min manat tapdı, sahibinə qaytardı: Verdikləri mükafat təəccübləndirdi

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Argentinanın Kordoba şəhərində yaşayan Maurisio Abdelnur işdən qayıdarkən dayanacaqda unudulmuş zərf tapıb. Zərfin içərisində dəyəri 38 min manatdan çox olan çeklərin olduğunu görən şəxs nümunəvi addım ataraq onları sahibinə qaytarmağa qərar verib. Lakin dürüstlüyünün qarşılığında aldığı mükafat həm onu, həm də sosial şəbəkə istifadəçilərini təəccübləndirib.Demokrat.az xəbər verir ki, maddi vəziyyəti o qədər də yaxşı olmayan Abdelnur oğlu ilə birlikdə çeklərin hansı şirkətə məxsus olduğunu müəyyən edib. Pulları kuryerə etibar etməyən və öz şəxsi avtomobili olmayan kişi pulları ünvanına çatdırmaq üçün cibindən xərc çəkərək maşın tutub. Milyonluq sərvəti şirkət rəsmilərinə təslim edən zaman ona cəmi 30 min peso, yəni təxminən 35 manat dəyərində mükafat verilib.Bu məbləğin çəkilən yol xərclərini çətinliklə qarşıladığını bildirən Abdelnur yaşadığı məyusluğu gizlətməyib. O, bu addımı pul üçün atmadığını desə də, göstərdiyi dürüstlüyün qarşılığının bu olmamalı olduğunu qeyd edib. Onun oğlu isə atasının aldadıldığını düşünərək bu vəziyyətə etiraz edib.Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi milyonlarla vəsaiti qaytaran şəxsə bu qədər kiçik mükafat verilməsini dürüstlüyə qarşı hörmətsizlik kimi qiymətləndirib. Abdelnur hər şeyə rəğmən övladına yaxşı nümunə olduğu üçün qürurlu olduğunu bildirsə də, şirkətdən daha münasib bir kompensasiya tələb edib.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
65
demokrat.az

1Источники