RU

Hörmüzdə oyun dəyişir: Tehran eskalasiyaya hazırdır

İranın yüksəkvəzifəli rəsmisi “Əl Cəzirə”yə verdiyi müsahibədə qarşı tərəfə sərt mesaj ünvanlayıb.

Rəsmi şəxs istənilən eskalasiyanın Hörmüz boğazında indiyədək görünməmiş səviyyədə sərtləşmə ilə qarşılanacağını bildirib.

Onun sözlərinə görə, düşmən tərəfindən atılacaq hər bir addım İranın hərbi və strateji imkanlarının daha açıq şəkildə tətbiqinə səbəb olacaq. Rəsmi, həmçinin İranın infrastrukturuna yönələcək hücumların “işğalçı dövlət”in həyati əhəmiyyətli obyektlərinin genişmiqyaslı və dərhal məhv edilməsi ilə cavablandırılacağını vurğulayıb.

Musavat.com

Избранный
8
1
editor.az

2Источники