RU

Sudanda xəstəxanaya hücum edildi, çoxlu sayda ölən var

Sudanın cənub hissəsində, Şərqi Darfur vilayətinin mərkəzi sayılan Əl-Deyn şəhərində yerləşən xəstəxanaya hücum nəticəsində, aralarında 13 uşağın da olduğu azı 64 nəfər ölüb.Metbuat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreyesus “X” sosial platformasında paylaşım edib. Onun bildirdiyinə görə, insident zamanı daha 89 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.ÜST rəhbəri qeyd edib ki, bu faciə ilə birlikdə Sudan münaqişəsi dövründə səhiyyə obyektlərinə yönəlmiş hücumlar nəticəsində həyatını itirənlərin sayı 2 000-i ötüb. O vurğulayıb ki, təxminən üç ildir davam edən qarşıdurma ərzində, Əl-Deyn hadisəsi də daxil olmaqla, tibb müəssisələrinə qarşı həyata keçirilmiş 213 hücumda ümumilikdə 2 036 ölüm faktı qeydə alınıb.

Bundan əlavə, o, Sudan müharibəsi zamanı səhiyyə obyektlərinə edilən hücumlarda 720-dən çox insanın yaralandığını da diqqətə çatdırıb.

Избранный
103
1
metbuat.az

2Источники