RU

“Liverpul” 2015/16 mövsümündən bəri ilk dəfə Premyer Liqada 10 oyunda məğlub olub

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

“Liverpul” İngiltərə Premyer Liqasının 31-ci turunda “Brayton” 2:1 hesabı ilə məğlub olub.

İdman.Biz-in “Squawka”ya istinadən məlumatına görə, bu, “qırmızılar”ın 2015/2016 mövsümündən bəri ilk dəfə İngiltərə Premyer Liqasında 10 oyunda məğlub olması deməkdir.

Bu mövsüm mersisaydlılar “Kristal Palas” (1:2), “Çelsi” (1:2), “Mançester Yunayted” (1:2), “Brentford” (2:3), “Mançester Siti” (0:3, 1:2), “Nottingem Forest” (0:3), “Bornmut” (2:3), “Vulverhempton” (1:2) və “Brayton”a (1:2) məğlub olublar. “Liverpul” növbəti oyunda “Fulhem”i qəbul edəcək.

Bundan əlavə, “qırmızılar” bu mövsüm İngiltərə Premyer Liqasının əvvəlki iki mövsümündə (8) olduğundan daha çox məğlubiyyətə uğrayıb.

“Liverpul” hazırda İngiltərənin yüksək liqasının turnir cədvəlində 49 xalla beşinci yerdədir.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
42
1
icma.az

3Источники