RU

İsrailin Arad şəhəri atəşə tutuldu: 80-dən çox yaralı var

İsrailin Arad şəhərində raket atəşi nəticəsində xəsarət alanların sayı 80 nəfəri ötüb.

Publika.az xəbər verir ki, bu barədə təcili yardım xidmətinə istinadla "Al Jazeera" telekanalı məlumat yayıb.

Məlumata görə, ən azı 88 nəfər yaralanıb. Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (İDF) İran raketinin ölkənin cənubundakı Arad şəhərində bir rayona birbaşa düşdüyünü təsdiqləyib.

Daha əvvəl Arad hücuma məruz qalmışdı. Bu şəhər, həmçinin hücuma məruz qalan Dimona şəhərindən 24 kilometr məsafədə yerləşir. Dimonada ölkənin əsas nüvə obyekti yerləşir.

xxx

Избранный
52
7
publika.az

10Источники