İran düşmənin təcavüzkar hərəkətlərinə cavab taktikasını dəyişir və bundan sonra respublika ərazisinə edilən hər bir hücuma daha genişmiqyaslı hücumla cavab verəcək.
Publika.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İran silahlı qüvvələrinin nümayəndəsinə istinadl məlumat yayıb.
"Son günlərdə İran "qisasa qisas" prinsipindən kənara çıxaraq hərbi siyasətini dəyişib və indi hər bir hücuma görə düşmənə daha ciddi nəticələri olan cavab verəcək", — deyə agentliyin həmsöhbəti bildirib.
Bundan əvvəl İsrailin müdafiə naziri İsrael Kats bəyan etmişdi ki, yaxın günlərdə İsrail və ABŞ-ın İrana qarşı hücumlarının intensivliyi əhəmiyyətli dərəcədə artacaq.