RU

KİV: Böyük Britaniyanın nüvə sualtı gəmisi Ərəb dənizindədir

BAKI, 22 mart. TELEQRAF

Böyük Britaniyanın HMS Anson nüvə sualtı gəmisi Ərəb dənizinin şimal hissəsində yerləşir və zərurət yaranarsa, ABŞ-nin İran əleyhinə hərbi əməliyyatında istifadə oluna bilər.

Teleqraf xəbər verir ki, bu barədə "The Mail on Sunday" qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, sualtı gəmi martın 6-da Avstraliyanın Perth şəhərindən hərəkət edib. O, fevral ayında Avstraliya və ABŞ ilə birlikdə üçtərəfli AUKUS müdafiə tərəfdaşlığı çərçivəsində gəlib. Qeyd olunur ki, zərurət yaranarsa, HMS Anson ABŞ-nin İran əleyhinə hərbi əməliyyatında istifadə edilə bilər.

Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper 21 mart tarixində bildirib ki, London İran əleyhinə hücum əməliyyatlarında iştirak etməyi nəzərdə tutmur. O əlavə edib ki, Birləşmiş Krallıq regiondakı müttəfiqlərinə yalnız müdafiə məqsədli dəstək göstərir və onların üzərinə atılan raket və pilotsuz uçuş aparatlarını vurmaqda kömək edir.

Избранный
116
teleqraf.com

1Источники