Son illərdə saç tökülməsi getdikcə daha çox yayılmış bir problemə çevrilib və həm qadınlara, həm də kişilərə təsir göstərir.
Ölkə.Az xəbər verir ki, dermatologiya mütəxəssisi Dr. Orxan Bayramov saç tökülməsinin yalnız genetik səbəblərlə deyil, həm də həyat tərzi və ətraf mühit amilləri ilə sıx əlaqəlidir:
"Balanssız və qeyri-kafi qidalanma nəticəsində dəmir, B12 vitamini, folat, biotin, sink və selen kimi vitamin və mineralların çatışmazlığı saç sağlamlığına birbaşa təsir göstərir. Saçın bünovrə daşı olan keratin kifayət qədər qida dəstəyi olmadan istehsal edilə bilməz.
Uzunmüddətli aclıq pəhrizləri və ya monoton qidalanma vərdişləri saç tökülməsinə səbəb ola və onu sürətləndirə bilər. Həddindən artıq istilik (fenlə qurutma, düzləşdirmə və s.), tez-tez saç boyama, kimyəvi müalicələr və saçı davamlı olaraq sıx toplamaq saç follikullarını zəiflədir və bu, zamanla saç tökülməsinə səbəb ola bilər", - deyə o xəbərdarlıq edib.
Billurə