İsrail Ordusunun Baş qərargah rəisinin açıqlamasına görə, bu gecə bütün döyüş cəbhələrində hücumların həyata keçirilməsi təsdiqlənib.
Musavat.com xəbər verir ki, rəsmi bəyanatda əməliyyatların eyni vaxtda müxtəlif istiqamətlərdə aparılacağı vurğulanıb.
Məlumata görə, İsrail tərəfi gecə saatlarında hərbi fəallığın daha da artacağını bildirir. Baş qərargah rəisinin sözləri ölkənin təhlükəsizlik gündəminin son dərəcə gərgin mərhələyə daxil olduğunu göstərir.
Eyni zamanda, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir də sərt bəyanatla çıxış edib. O bildirib ki, “iranlılara qarşı sonadək mübarizə aparmağa davam etməliyik”.
Ben-Qvir əlavə edib ki, baş verənlərdə “böyük bir möcüzə” və “ilahi bir mesaj” gördüyünü düşünür. Onun bu açıqlaması İsrail hakimiyyətində müharibə xəttinin daha da sərtləşdiyini göstərən siyasi mesaj kimi qiymətləndirilir.
Musavat.com