Bakı. Trend:
Luka Modriç Avropanın top-5 liqasında keçirdiyi oyunların sayını550-yə çatdırıb.
Trend xəbər verirki, 40 yaşlı “Milan” yarımmüdafiəçisi İtaliya A Seriyasının“Torino” ilə matçında (3:2) 90 dəqiqə meydanda olub.
Xorvatiyalı futbolçunun top-5 liqalarda debüt etdiyi dövrdən –2008/09 mövsümündə “Tottenhem”də çıxış etdiyi vaxtdan bəri yalnızAntuan Qrizmann (555 oyun) daha çox matç keçirib.