RU

Enerji artıran 6 qırmızı qida

Sağlamlığa faydaları saysız-hesabsız olan qırmızı qidalar xəstəliklərlə də mübarizə aparır.

Azreform.info xəbər verir ki, türkiyəli diyetoloq Betül Serttaş ən faydalı qırmızı qidaları sadalayıb:

1. Qırmızı bibər: Limon və portağal kimi sitrus meyvələri cəmiyyətimizdə əsasən C vitamini mənbəyi kimi tanınsa da, qırmızı bibərin tərkibində sitrus meyvələrinə nisbətən daha yüksək C vitamini var. Gündəlik qida rasionumuza bol miqdarda qırmızı bibər əlavə etmək maddələr mübadiləsini sürətləndirmək üçün faydalıdır.

2. Çuğundur: Təbii maddələr mübadiləsini gücləndirən çuğundurdan bəhs etmədən sağlam qırmızı qidaların siyahısı tam olmazdı. Kalium, maqnezium, sink və A və C vitaminləri ilə zəngin olan çuğundur tam müalicəvi vasitə kimi çıxış edir. Çox aşağı kalorili tərkibi, qaraciyərə müsbət təsiri və uzunmüddətli toxluq hissi vermək qabiliyyəti çuğunduru gündəlik qida rasionumuzun ayrılmaz hissəsinə çevirir.

3. Qırmızı alma: Qan şəkəri balansına və qan xolesteroluna müsbət təsir göstərən qırmızı alma, qabığı ilə birlikdə istehlak edildikdə bağırsaq hərəkətlərinin tənzimlənməsinə kömək edir.

4.Pomidor: Ən güclü antioksidan komponentlərindən biri olan likopen pomidorda yüksək miqdarda olur. Yüksək likopen səviyyəsi ürək-damar xəstəliklərində olduqca təsirlidir. Likopen miqdarı bişmiş pomidorlarda daha da yüksəkdir.

5. İtburnu: Güclü C vitamini tərkibi sayəsində bir çox xəstəliyə, xüsusən də soyuqdəyməyə qarşı immunitet sistemini gücləndirir. Bundan əlavə, oynaq ağrılarını aradan qaldırır və damar tıxanması, iltihab və diabet kimi bir çox xəstəlikdən qoruyur.

6. Qırmızı turp: Qış aylarının əsas tərəvəzlərindən biri olan qırmızı turp immunitet sistemini gücləndirmək qabiliyyətinə görə güclü bir antioksidantdır. Sidik yolu infeksiyalarının qarşısını almaqda və qəbizliyi aradan qaldırmaqda da təsirlidir.

Billurə
 

Избранный
62
2
azreform.info

3Источники