RU

KİV: ABŞ İranla gələcək danışıqların müzakirəsinə başlayıb

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın komandası İranla mümkün sülh danışıqlarının necə görünə biləcəyini müzakirə etməyə başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.

Müzakirələrdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Devid Kuşner iştirak edir. Amerikalı rəsmilərdən biri jurnalistlərlə söhbətində ehtimal edib ki, İran danışıqlara razılaşa bilər.

Nəşr yazır ki, istənilən sülh razılaşmasına Hörmüz boğazından gəmilərin keçidinin bərpası, İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatları məsələsinin həlli, eləcə də İranın nüvə proqramı, ballistik raketləri və regiondakı proksi qüvvələrə dəstəyi ilə bağlı uzunmüddətli razılaşmanın əldə olunması daxil edilməlidir.

Qeyd olunub ki, son günlər ABŞ və İran arasında birbaşa təmaslar olmayıb. Lakin Misirlə Qətər ABŞ və İsraili məlumatlandırıb ki, İran çox sərt şərtlərlə olsa da, danışıqlarda maraqlıdır. Bu tələblər arasında atəşkəs, müharibənin gələcəkdə yenidən başlamayacağına dair təminatlar və kompensasiya var.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
136
oxu.az

1Источники