RU

Messi 900-ə çatdı, amma...

“İnter Mayami” KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsində “Neşvill” ilə cavab oyununa çıxıb. Həlledici matçda qalib müəyyənləşməyib.

"Football-plus.az" xəbər verir ki, Fort-Loderdeyldəki DRV PNC stadionunda keçirilən oyun 1:1 hesabı ilə nəticələnib. Bu komandalar arasında ilk görüşdə də heç-heçə qeydə alınmışdı - 0:0. Səfər qolları qaydasına görə “Neşvill” turnirin 1/4 finalına vəsiqə qazanıb.

“İnter Mayami”nin qolunu Lionel Messi vurub. Bu, ulduz futbolçunun karyerasında rəsmi matçlardakı 900-cü qolu olub. 38 yaşlı argentinalı hücumçu klub karyerasında 785, müxtəlif yığmalarda 115 qol vurub. Bunun üçün ona 1142 oyun keçirmək lazım gəlib. Lionel “İnter Mayami”də 93 oyuna 81, PSJ-də 75 oyuna 32, “Barselona”da 778 oyuna 672 qolun sevincini yaşayıb. Onun Argentina yığmasında 196 matç keçirdiyini də qeyd edək.

Messi “İnter Mayami”yə 2023-cü ilin yayında gəlib. Ötən ilin oktyabrında isə müqaviləsinin müddətini 2028-ci ilədək artırıb.

Избранный
71
football-plus.az

1Источники