ABŞ və İsrailin xüsusi xidmət orqanları İranın yeni ali lideri Müctəba Xameneinin harada olduğunu müəyyənləşdirməyə çalışır.
Ölkə.Az xəbər verir ki, bu barədə CIA və Mossadın apardığı araşdırmaya istinadən "Axios" məlumat yayıb.
ABŞ və İsrail tərəfi Xameneinin sağ ola biləcəyini ehtimal edir. Vaşinqtonun kəşfiyyat məlumatlarına görə, bəzi iranlı rəsmilərin ali liderlə görüş təşkil etməyə cəhd etdiyini göstərən sübutlar var, lakin bu cəhdlərin hamısı uğursuz olub.
Müctəba Xameneinin “yoxa çıxması” məsələsi ABŞ kəşfiyyat orqanlarının iclaslarında dəfələrlə müzakirə olunub. Milli təhlükəsizlik üzrə mütəxəssislər hələ də onun təyin olunduqdan sonra görünmədiyi şəraitdə, İranda hərbi əmrləri əslində kimin verdiyini müəyyənləşdirməyə çalışırlar.