RU

Paytaxtda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi

Ajans.az xəbər verir ki, tədbir zamanı uşaqlar üçün də əyləncəli viktorinalar və master-klasslar keçirilib. Uşaqlar həmçinin Novruz bayramının ənənələrindən olan yumurta döyüşdürüb, şəkərbura bəzəyiblər. Musiqi proqramları zamanı paytaxt sakinləri və Bakının qonaqları rəqslərlə əsl bayram ab-havası yaradıblar. Novruz şənliyi sakinlər tərəfindən böyük sevinc və coşqu ilə qarşılanıb.

Qeyd edək ki, yelkənli qayıq idmanı Azərbaycan Su İdman Növləri Federasiyasının tərkibinə daxil edilib. Qısa zaman ərzində federasiya avarçəkmə və yelkənli qayıq idmanının birgə tədbirini təşkil edib. Tədbirin keçirilmə səbəblərindən biri də avarçəkmə və yelkənli qayıq idmanının təbliği, kütləviliyin artırılması, gənclərin və yeniyetmələrin bu idman növünə cəlb edilməsidir.

Избранный
68
15
Ajans.az

10Источники