RU

Maşınların qabağını kəsib sürücüləri məcbur edirlər - Bu kənddə Novruz tamam fərqli keçir - VİDEO+ FOTOLAR

Azərbaycanda yazın gəlişini simvolizə edən və əsrlərdir xalqın ən sevilən bayramlarından biri olan Novruz bayramı bu gün böyük coşqu ilə qeyd olunur. Təbiətin oyanışı kimi qəbul edilən bu əziz gün ölkənin hər yerində xüsusi mərasimlərlə qarşılanır.

“Yeni Sabah” xəbər verir ki, builki bayram tədbirləri xüsusilə Səməd Vurğunun anadan olmasının 120 illiyinin qeyd olunduğu doğma yurdu – Qazaxın Yuxarı Salahlı kəndində daha fərqli və rəngarəng şəkildə təşkil olunub. Hazırda kənd sanki bayram nağılına çevrilib, hər tərəfdə şənlik, musiqi və gülüş səsləri eşidilir.

Burada maraqlı ənənələrdən biri də odur ki, kənd sakinləri evlərinin darvazalarını sonuna qədər açır. Bu, həm qonaqpərvərliyin, həm də bolluq və bərəkət arzusunun rəmzi kimi qəbul olunur. Tonqal ətrafında toplaşan insanlar qədim adətə uyğun olaraq onun üzərindən tullanır, diləklər tutur, “ağırlığım-uğurluğum odda yansın” deyərək yeni ilə saf niyyətlə qədəm qoyurlar.

Kəndin küçələrində isə əsl bayram ab-havası hökm sürür. Uşaqlar və böyüklər müxtəlif maskalar taxaraq maraqlı obrazlara girir, insanları güldürür və əyləndirirlər. 

Ən diqqətçəkən məqamlardan biri də kənd sakinlərinin və gənclərin yollarda avtomobillərin qarşısını kəsərək sürücüləri və sərnişinləri rəqsə dəvət etməsidir. Bu, bir növ bayramın hamı üçün ortaq sevinc olduğunu göstərir  istər kənd sakini, istər qonaq, hər kəs bu şənliyə qoşulmağa təşviq olunur. 

Aydan Hacı


Telegram kanalımız
Избранный
68
yenisabah.az

1Источники