RU

Müctəba Xamenei haradadır? - İranlı diplomat açıqladı

İranın Fransadakı səfiri Məhəmməd Əminnejad bildirib ki, İranın yeni ali lideri Müctəba Xamenei sağ-salamatdır və bunkerə gizlənməyib.

Azreform.info xəbər verir ki, diplomat bu açıqlamanı BFMTV kanalına müsahibəsində verib.

“Biz onu mütləq hamıya göstərməli deyilik. Əlbəttə ki, o sağdır və vəziyyəti yaxşıdır”, – deyə səfir Müctəba Xameneinin ictimaiyyət qarşısına çıxmamasını belə izah edib.

Əminnejad həmçinin İran rəhbərliyinin bunkerə çəkildiyi barədə yayılan iddiaları da təkzib edib:

“Rəhbərlərimiz gizlənmir. Onların bunkerə sığındığı ilə bağlı deyilənlər həqiqəti əks etdirmir”, – deyə o vurğulayıb və əlavə edib ki, Xamenei “adi insan kimi yaşayır”.

Избранный
59
2
azreform.info

3Источники