RU

Sergey Lavrov: ABŞ dünyada enerji diktaturası qurmağa çalışır

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ABŞ-ın enerji siyasətini kəskin tənqid edərək, Vaşinqtonun Rusiyanı Avropa bazarlarından kənarlaşdırmaqla qlobal enerji hökmranlığına can atdığını bildirib.

TurkicWorld xəbər verir ki, şənbə günü, martın 21-də OTR telekanalına müsahibə verən nazir Rusiyanın Avropanın enerji bazarlarında "marginallaşdırılmasını" Vaşinqtonun məmnuniyyətlə qarşıladığını qeyd edib. Lavrovun sözlərinə görə, ABŞ-ın bu addımları bütün dünyada və bütün regionlarda dominantlıq etmək istəyinin açıq təzahürüdür. Nazir xüsusilə Serbiya bazarında Rusiyanın sıxışdırılması prosesinə toxunaraq bildirib ki, bu siyasətin əsasını sabiq prezident Co Bayden qoyub, hazırkı prezident Donald Tramp isə onu tamamlayır.

ABŞ Dövlət Departamenti bu ittihamlara cavab olaraq bildirib ki, Rusiya resurslarının ixracına qoyulan məhdudiyyətlər hegemonluq məsələsi deyil, Moskvanın hərbi əməliyyatları maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır. Vaşinqton Avropanın ABŞ-ın mayeləşdirilmiş təbii qazına (LNG) keçidini "etibarlılıq naminə təbii seçim" kimi xarakterizə edib. Avropa Komissiyası isə Rusiyanın bazardakı mövqeyini itirməsini tədarükçü kimi etimadın sarsılmasının nəticəsi olduğunu bəyan edib.

Belqradda isə Qərbin ölkədəki Rusiya yanacaq-enerji kompleksinin fəaliyyəti ilə bağlı "inanılmaz təzyiqlər" etdiyi etiraf olunub. Serbiya hakimiyyəti milli maraqlar ilə xarici tələblər arasında tarazlığı qorumağa çalışacaqlarını bildirib.

Избранный
59
turkic.world

1Источники