RU

Məhəbbət həmişə başqasına doğru yoldur...

...Amerikalı müsəlman Devid Nobl 83 yaşında Məkkədən Mədinəyə Hicrət yolu ilə 450 km piyada ümrə ziyarətini yerinə yetirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Anadolu xəbər yayıb.

O, 20 il əvvəl həyat yoldaşı Sandra Syuzan Nobl ilə birlikdə İslamı qəbul edib. Həyat yoldaşı ağır xəstələnib və iki il əvvəl vəfat edib.

Amerikalı İslam haqqında övladlığa götürülmüş oğlu Mustafa Devisdən öyrənib. Oğul atasının evini 16 yaşında tərk edib. …Qayıdanda hədiyyə gətirdi - bizə İslamı verdi.

Devid xatırlayır bunu…

Övladlığa götürən atanın sözlərinə görə, Mustafa müsəlman olmazdan əvvəl “əsl xristian” olub.

Yataq xəstəsi olan həyat yoldaşına qulluq edərkən Devid İslamı öyrənməyə başlayıb. O, etiraf edir ki, Məhəmməd peyğəmbərin həyat hekayəsi onun ruhunda bir qığılcım alovlandırıb.

…İslam həyatı necə yaşamaq, Allaha necə ibadət etmək, qonşulara və digər insanlara necə davranmaq barədə həqiqətən yaxşı təlimatlar toplusu təqdim edir. Onların dərisinin rənginin və ya görünüşünün fərqi yoxdur. Biz mehriban olmağa borcluyuq. Və mən bunu İslamdan başqa heç yerdə görməmişəm, - deyə o paylaşıb.

…Mustafa ona Ümrə səfəri hədiyyə edib və Məkkədən Mədinəyə piyada getməyi təklif edən də məhz o olub,..amma ona bunun asan olmayacağı barədə xəbərdarlıq edib.

Lakin Devid qorxmurdu. O, müqəddəs yerlərə, Kəbəyə və ətrafına toplaşan böyük izdihama heyran qalmışdı.

…Kəbə düşündüyümdən daha böyük və təsəvvür etdiyimdən daha gözəl oldu, - deyə o bildirib.

…Rejissor Mustafa Devisi övladlığa götürən atanın ziyarətini “Onun adı ilə” filmində təsvir edib.

Qeyd edilir ki, Mustafanın anası Sandranın Devidlə evləndiyi zaman onun cəmi 2 yaşı olub və cütlük onu birlikdə böyüdüb. Mustafa 24 yaşında İslamı qəbul etdiyini söyləyir.

Bundan əvvəl, ümumiyyətlə valideynləri və xüsusən də ögey atası ilə münasibətləri elə də yaxşı olmayıb.

Lakin Sandranın xəstəliyi onun oğlunu və ərini bir-birinə daha da yaxınlaşdırıb.

…Və Devid İslamı qəbul edib. Lakin uzun müddət dinin qaydalarına əməl etməyib.

Amma arvadının dəfn mərasimində iştirak edən İslam alimlərinin sözləri onu İslamı ciddiyə almağa ruhlandırıb. Onlar Allahın onu bağışlayacağını, qorxacaq bir şey olmadığını və gözəl bir yerə getdiyini deyiblər.

Bunu eşidən Devid,...ora gedəcəyinə zəmanətin olmadığını düşünüb.

Və sonra 83 yaşlı kişi “Cənnəti qazanmağın” lazım olduğunu anlayıb və orada həyat yoldaşı ilə görüşmək ümidi ilə İslamı öyrənməyə başlayıb.

Əli Babayev

Избранный
69
1
sia.az

2Источники