RU

Utilizasiyadan sonra “dirilən” Tesla, və ya ibrətamiz hadisə

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ vətəndaşı Endryu Tren maraqlı hadisə ilə qarşılaşıb. Avtosfer.az xəbər verir ki, Endryu 2024-cü ildə Tesla elektromobili ilə qəza keçirib. Avtomobil ciddi deformasiyaya uğradığı üçün polis təmirə icazə verməyib. O isə maşını utilizasiyaya verib.

Bu günlərdə isə Endryunun smartfonuna maraqlı bildiriş gəlib: “Premium Connectivity” sistemi aktivləşib və balansdan pul silinməyə başlayıb. Endryu indi də məsafədən avtomobilin pəncərələrini açıb-bağlaya, oturacaqları qızdıra, hətta maşını bloklaya bilər. Maşın isə tam başqa qitədə, təxminən 11 kilometr uzaqda Belarusun Qrodno şəhərində adi qaydada istismar olunur.

Endryu yerli jurnalistlərə bildirib ki, maşının yeni sahibinin kefini pozmaq istəməyib. O, maşınla bağlı məlumatları öz hesabından silib. Bundan sonra elektromobil onun üçün əlçatan deyil.

Bu məsələ başqa bir riski ortaya qoyur: eyni hadisə Azərbaycan vətəndaşının da başına gələ, okeanın o tayındakı şəxs isə Endryu kimi vicdanlı olmaya bilər. O zaman benzinə qənaət üçün elektromobilə bir ətək pul tökən azərbaycanlıya kim kömək edəcəkdi? Buna görə də, müasir ikinci əl avtomobil alan şəxs daha dərindən götür-qoy etməlidir.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
42
avtosfer.az

1Источники