RU

Dünyada neft böhranına qarşı sərt məhdudiyyətlər təklif edilib

Bakı. Trend:

Beynəlxalq Enerji Agentliyi (BEA) Yaxın Şərqdə artan gərginliyinqlobal neft təchizatında ciddi böhrana səbəb ola biləcəyi barədəxəbərdarlıq edib və istehlakın sürətlə azaldılması üçün radikaltədbirlərə çağırıb.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, agentliyin məlumatına görə, dünyaneft daşımalarının təxminən 20 faizinin keçdiyi Hörmüz boğazındanəqliyyatın dayanma həddinə çatması fonunda neftin qiyməti 1 barelüçün 100 dolları ötüb.

BEA bildirib ki, strateji ehtiyatlardan 400 milyon barel neftinbazara buraxılması planlaşdırılır, lakin bu addım təkbaşına kifayətetməyəcək. Bu səbəbdən istehlakın azaldılması üçün təcili davranışdəyişiklikləri vacib hesab olunur.

Təklif olunan tədbirlər arasında nəqliyyat sektorundaməhdudiyyətlər xüsusi yer tutur. Belə ki, mümkün sahələrdə uzaqdaniş rejiminə keçid, avtomobil yollarında sürət limitinin ən azı 10km/saat azaldılması və şəxsi avtomobillər əvəzinə ictimainəqliyyatın təşviqi tövsiyə edilir.

Bundan əlavə, iri şəhərlərdə “tək-cüt nömrə” sistemi, avtomobilpaylaşımı, yük daşımalarında optimallaşdırma və qənaətli sürücülüküsullarının tətbiqi təklif olunur. Hava nəqliyyatında isəalternativi olan hallarda, xüsusilə işgüzar uçuşlardan imtinaedilməsi tövsiyə edilir.

BEA həmçinin hökumətləri aşağı gəlirli əhali qruplarını qorumaqüçün dəstək tədbirləri görməyə çağırıb və fərdi davranışdəyişikliklərinin qlobal bazardakı təzyiqi azaltmaqda mühüm roloynadığını vurğulayıb.

Məqalədə:
Избранный
106
2
az.trend.az

3Источники