RU

Ermənistanda daha bir namizəd baş nazir olmaq istəyir

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hayk Marutyanın rəhbərlik etdiyi Nor Uj (Yeni güc) Partiyası 2026-cı il parlament seçkilərində iştirak edəcək. Onun özü idə Baş nazirliyə namizəd olacaq.Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə partiyada təşkil edilən tədbirdə bildirilib.Tədbir zamanı partiyanın iqtisadiyyat, sosial təminat, təhsil və bir sıra digər sahələrdə islahatları nəzərdə tutan seçki proqramı da təqdim edilib.

Partiya həmçinin vurğulayır ki, Ermənistanın inkişafı yalnız dövlət Avropa standartlarına uyğun qurulduğu təqdirdə mümkündür.

“Ermənistanın Avropa İttifaqına üzvlüyünə alternativ yoxdur. Ermənistan mümkün qədər tez bir zamanda AB-yə qoşulmaqla bağlı danışıqlara başlamalıdır”, - deyə partiya bəyan edib.Hayk Marutyan 23 sentyabr 2018-ci ildə keçirilən seçkilərdə İrəvan meri seçilib. Marutyan səslərin 81 faizindən çoxunu toplayan "Mənim Addımım" blok siyahısına rəhbərlik edib. 2021-ci ilin dekabr ayında İrəvan Şəhər Şurasındakı "Mənim Addımım" fraksiyası mer Hayk Marutyana etimadsızlıq səsverməsi keçirib və nəticədə onun vəzifəsindən uzaqlaşdırılması ilə nəticələnib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
33
modern.az

1Источники