Göygöldə evdə qaz sızması nəticəsində baş verən partlayış nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, martın 20-də saat 07:10-da 1994-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Ona qapalı kəllə-beyin travması, sol gözün hematoması və başın təpə nahiyəsinin çapılmış yarası diaqnozları təyin olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”, – deyə məlumatda bildirilir.
***
Göygöldə evdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alan var.
NOCOMMENT.az xəbər verir ki, şəhər sakini, 1965-ci il təvəllüdlü M.Yolçuyev yaşadığı evdə partlayış nəticəsində yanıq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.