RU

“Telegram“ qadağası rus əsgərləri üçün ölüm hökmünə çevrilir“ “The Telegraph“

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Mesencer" istifadəsinə görə cəza olaraq "birtərəfli hücumlara" göndərilən hərbçilər və orduda dərin kommunikasiya böhranı..."

Rusiya ordusunda "Telegram" tətbiqindən istifadə edən hərbçilər sərt şəkildə cəzalandırılır və bəzən bu cəza faktiki olaraq ölümə göndərilmə ilə nəticələnir.

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

Qadağa və cəza: "birtərəfli bilet"

Nəşr yazır ki, sızdırılmış sənədlərə əsasən, Rusiya Müdafiə Nazirliyi "Telegram"-ın cəbhədə istifadəsini qəti şəkildə qadağan edib. Rəsmi izahda bu addım "məlumat sızmalarının və düşmənin texniki kəşfiyyat imkanlarının qarşısını almaq" məqsədi ilə əsaslandırılır.

Lakin reallıq daha sərtdir. Hərbi blogerlərin iddiasına görə, komandirlər əsgərlərin telefonlarını yoxlayır, tətbiqdən istifadə edənlərin cihazları məhv edilir və onlar "birtərəfli hücumlara" - geri qayıtma ehtimalı çox aşağı olan əməliyyatlara göndərilir.

"Hərbi rabitə vasitəsi"nin itirilməsi

"Telegram" uzun müddətdir ki, Rusiya ordusunda qeyri-rəsmi, lakin əsas rabitə alətinə çevrilmişdi. Əsgərlər bu platforma vasitəsilə kəşfiyyat məlumatlarını paylaşır, hücumları koordinasiya edir və real vaxt rejimində əlaqə saxlayıb.

Tomas  Uinqinton qeyd edir ki, bu imkanın itirilməsi ordunun döyüş qabiliyyətinə ciddi zərbə vurur: koordinasiya zəifləyir, qərarvermə ləngiyir və nəticədə qarşı tərəf üstünlük qazanır. Onun sözləri ilə desək, "Telegram" "sanki gücləndirilmiş hərbi rabitə cihazı" rolunu oynayıb.

Texnoloji gerilik və alternativin olmaması

Bu asılılıq daha dərin problemi üzə çıxarır: Rusiyanın döyüş meydanında effektiv rabitə sistemlərinin çatışmazlığı. Rəsmi sistemlər, xüsusilə "SVOD" yalnız yüksək səviyyəli komandirlər üçün nəzərdə tutulub və sıravi əsgərlər arasında birbaşa əlaqəni təmin etmir.

Buna qarşılıq, Ukrayna tərəfi "Delta" kimi rəqəmsal idarəetmə sistemi ilə real vaxt rejimində vəziyyəti izləyə bilir. Analitiklər hesab edir ki, "Telegram" əslində Rusiya üçün bu boşluğu dolduran "improvizə edilmiş sistem" olub və indi bu imkan da aradan qaldırılır.

İkiqat zərbə: "Telegram" və "Starlink" itkiləri

Vəziyyəti daha da ağırlaşdıran məqam isə "SpaceX"-in "Starlink" şəbəkəsinə çıxışın itirilməsi ilə bağlıdır. Bu sistem pilotsuz aparatların idarəsi və cəbhə məlumatlarının ötürülməsi üçün vacib idi. 

Ekspert Kristina Harvard bildirir ki, "Telegram" və "Starlink"-in eyni vaxtda itirilməsi Rusiya ordusu üçün ciddi kommunikasiya böhranı yaradıb. Bu isə əməliyyatların koordinasiyasında boşluqlar yaradır və Ukraynaya əlavə üstünlük verir.

Daxili nəzarət və rəqəmsal sıxışdırma

Eyni zamanda, Kreml daxilində də rəqəmsal nəzarət gücləndirilir. Pavel Durov üzərində təzyiqlər artır, ölkədə alternativ dövlət messencerlərinə keçid təşviq olunur, digər platformalar isə məhdudlaşdırılır. Bu siyasət daha çox Çinə bənzər internet nəzarəti modelinə keçidi xatırladır. Lakin cəbhədə bu addımlar gecikmiş hesab olunur, çünki "Telegram" artıq Rusiya ordusunun əməliyyat sisteminin ayrılmaz hissəsinə çevrilib.

Nəticədə, effektiv alternativ olmadan bu qadağa həm əlaqə sürətini, həm əməliyyatların koordinasiyasını, həm də əsgərlərin mənəvi durumunu zəiflədir. Bu isə döyüş meydanında yeni boşluqlar yaradır və Ukraynanın əks-hücum imkanlarını genişləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
1
moderator.az

2Источники