Gürcüstanın paytaxtı Tbilisi şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turniri keçirilir.
Offsideplus.az xəbər verir ki, bu gün tatamiyə olimpiya çempionu Hidayət Heydərov çıxıb.
O, 1/4 finalda Gürcüstanı təmsil edən Giorgi Loladzeyə uduzsa da təsəlliverici görüşdə iştirak etmək hüququ qazanıb.
Hidayət təsəlliverici görüşdə də gürcü idmanla üz-üzə gəlib. Giorgi Teraşviliyə qalib gələn idmançımız bürünc medal uğrunda döyüşmək imkanı qazanıb
Qeyd edək ki, digər təmsilçilərimizdən bu gün tatami üzərinə çıxan Kamran Süleymanov (73 kq), Südabə Ağayeva və Aytac Qardaşxanlı (hər ikisi 70 kq) yarışı mükafatsız başa vurublar.