RU

Tramp Avstraliyanın Hörmüz boğazı ilə bağlı qərarından təəccüblənib

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Avstraliyanın Baş naziri Entoni Albanesenin Hörmüz boğazında gərginliyin aradan qaldırılmasına kömək etmək üçün hərbi gəmilər göndərməkdən imtina etməsindən təəccüblənib.

Oxu.Az xəbər verir ki, bu barədə D.Tramp "Sky News Australia" telekanalına müsahibəsində deyib.

Daha sonra jurnalist Ağ Ev liderindən Avstraliya, Yaponiya və Cənubi Koreya ilə bağlı planlarının nə olduğunu soruşub.

"Qoşulun. Onların "yox" deməsinə bir az təəccübləndim, çünki biz onlara həmişə "hə" demişik", - deyə D.Tramp bildirib.

ABŞ lideri bu üç ölkənin konkret olaraq nədə iştirak etməli olduğunu isə dəqiqləşdirməyib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazında gəmilərin keçidində ciddi problem yaranıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
144
1
oxu.az

2Источники