Macarıstanın Baş naziri Viktor Orban siyasət və ideologiyadakı dəyişiklikləri qeyd edərək bildirib ki, Donald Trampın ABŞ-də hakimiyyətə gəlməsi ilə Qərb dünyası daha yaxşı olub.
"Far.Az" xəbər verir ki, o bu barədə Budapeştdə keçirilən Mühafizəkar Siyasi Fəaliyyət üzrə Beynəlxalq Konfransda (CPAC) bildirib.
"Xatırlayıram ki, bir il əvvəl biz birlikdə Prezident Donald Trampın qələbəsini qeyd edirdik. Bu, dünyanın vətənpərvər qüvvələri üçün çox böyük bir uğur idi. Prezident Trampın qələbəsindən sonra Qərb dünyası daha yaxşı olub", - V.Orban qeyd edib.
Onun sözlərinə görə, Tramp proqressiv senzuraya son qoyub və dünya siyasətində əhəmiyyətli dəyişikliklər edib.
"İndi qorxmadan demək olar ki, biz miqrasiya istəmirik və aydın oldu ki, ətraf mühitin qorunması yalnız iqtisadi maraqlarla harmoniya şəraitində mümkündür", - o vurğulayıb.