RU

Renat Dadaşov “Zaqlenbe” zəfərində pay sahibi ola bilmədi – ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasının “Zaqlenbe”yə qarşı keçirdiyi oyunu buraxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 26-cı turu çərçivəsində “Zaqlenbe” ilə qarşılaşıb.

Lyublin təmsilçisi bu rəqiblə doğma meydanda üz-üzə gəlib və 1:0 hesabıyla qalib gəlib. Renat bu görüşün iştirakçısı olmayıb. O, sarı vərəqə limitini doldurduğu üçün bu görüşü buraxı.

26 turdan sonra 37 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 26 oyunda 9 qələbə qazanıb, 10 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 17 oyunda fərqlənə bilməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 41 oyunda 6 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
53
11
arena.az

10Источники