RU

Çıxarışı olmayan evi necə sığorta etdirək? KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda daşınmaz əmlakın sığortalanması son illər vətəndaşların daha çox maraq göstərdiyi sahələrdən birinə çevrilib. Xüsusilə risklərin artdığı bir dövrdə evlərin sığortalanması maddi itkilərin qarşısını almaq baxımından vacib hesab olunur. Lakin ölkədə hələ də çox sayda yaşayış evi var ki, onların rəsmi çıxarışı yoxdur və bu da müxtəlif hüquqi problemlər yaradır.

Bəs çıxarışı olmayan evi sığorta etdirmək mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Turan Abdullazadə bildirib ki, çıxarışı olmayan evlər rəsmi dövlət reyestrində qeydiyyata alınmadığı üçün onların sığortalanması qanunvericilik baxımından mümkün deyil:

Turan Abdullazadə

“Evin çıxarışı yoxdursa, o, rəsmi sistemdə və reyestrdə görünmür. Bu səbəbdən də belə daşınmaz əmlakı sığorta etdirmək olmur. Qanunvericilik bunu nəzərdə tutmur.”

Hüquqşünas qeyd edib ki, bəzi hallarda özəl sığorta şirkətləri fərqli yanaşma sərgiləyə bilər, lakin bu, ümumi praktika deyil və hüquqi təminatı zəifdir:

“Ola bilər ki, hansısa özəl sığorta şirkəti müəyyən şərtlərlə belə bir riski üzərinə götürsün. Amma bu, istisna haldır və hər şirkət tərəfindən qəbul olunmaya bilər. Ümumilikdə isə qanunla belə evlərin sığortalanması mümkün hesab edilmir.”

Mütəxəssis vətəndaşlara tövsiyə edir ki, daşınmaz əmlaklarını sığortalamaq istəyirlərsə, ilk növbədə mülkiyyət hüquqlarını rəsmiləşdirərək çıxarış əldə etsinlər. Bu, həm hüquqi baxımdan təhlükəsizliyi təmin edir, həm də gələcəkdə yarana biləcək risklərin qarşısını alır.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
konkret.az

2Источники