RU

Ernesto Valverde “Atletik”i tərk edəcəyini açıqladı – Rəsmi – ARENA.AZ

İspaniyanın “Atletik” komandasının baş məşqçisi Ernesto Valverde mövsümün sonunda vəzifəsindən ayrılacağını açıqlayıb.

Arena.az bu barədə Bilbao klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Təcrübəli mütəxəssis qərarını bir müddətdir düşündüyünü və rəhbərliklə müzakirə etdiyini bildirib. O, açıqlamasında azarkeşlərə müraciət edərək növbəti mövsümdən etibarən komandaya rəhbərlik etməyəcəyini deyib.

Xatırladaq ki, Ernesto Valverde “Atletik”də üçüncü dönəmini keçirir. O, 2003–2005 (91 oyun, 37 qələbə, 22 heç-heçə, 32 məğlubiyyət) və 2013–2017-ci illərdə (213 oyun, 101 qələbə, 46 heç-heçə, 66 məğlubiyyət) də komandaya rəhbərlik edib. Valverde 2022-ci ildə yenidən bu kluba qayıdıb. Bu müddətdə o, komandanı 188 oyuna çıxarıb, 89 qələbə, 43 heç-heçə, 56 məğlubiyyət görüb.

Valverde Bilbao təmsilçisi ilə 2015/2016-cı illər mövsümündə İspaniya Super Kubokunu, 2023/2024-cü illər mövsümündə isə İspaniya Kubokunu qazanıb.

62 yaşlı mütəxəssis karyerası ərzində “Espanyol”, “Olimpiakos”, “Vilyarreal”, “Valensiya” və “Barselona”ya da rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
22
7
arena.az

10Источники